Azərbaycan II Liqasını 13-cü sırada başa vuran “Şəfa” klubu Region Liqasının ikincisi “Hypers” klubu ilə üz-üzə gəlib.

Futbolinfo.az xəbər verir ki, 2024/2025 mövsümündə II Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ilk görüşü “ASCO Arena”da baş tutub.

Qarşılaşma “Hypers” kollektivinin 2:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasında cavab görüşü iyunun 5-də gerçəkləşəcək.

İki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm Azərbaycan II Liqasında çıxış etmək hüququ qazanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp