Belçika millisinin və “Mançester Siti”nin sabiq futbolçusu Vinsent Kompani “Bayern” komandasının baş məşqçisi təyin olunub.

Futbolinfo.az Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis 2027-ci ilə qədər münhenlilərə rəhbərlik edəcək.

O, 2022-ci ildən İngiltərənin “Börnli” komandasına rəhbərlik edirdi.

Kompani futbolçu kimi “Mançester Siti”dən başqa, Almaniyanın “Hamburq” və ölkəsinin “Anderlext” klublarında çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp