“Barselona”nın yeni baş məşqçisi Hans-Diter Flik təyinatını şərh edib.

Alman mütəxəssis bu anlaşmadan məmnundur: “Barselona” ilə müqavilə imzalamaq və bu böyük klubda işləmək mənim üçün şərəfdir. Mən həqiqətən işə başlamağı səbirsizliklə gözləyirəm. Bu, inanılmaz komandadır. “Bayern” ilə bir neçə titul qazandım. “Barselona” ilə eyni yolu getmək istəyirəm. Biz birlikdə çox şeyə nail ola bilərik. Ən vacibi budur.

Hamı bu klubu sevir və uğur qazanmaq üçün əlindən gələni edir. “Barselona”nın fəlsəfəsi tamamilə mənim fəlsəfəmə uyğundur: topa sahib olmaq, hücum futbolu. Bunlar mənim xoşuma gələn cəhətlərdir”.

Qeyd edək ki, Flik Kataloniya təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp