“Olimpiakos” tarixi ərzində ilk Avropa kubokunu qazandı. Bu, eyni zamanda Yunanıstanın qitəmiqyaslı klub yarışlarında ilk belə uğurudur.

Futbolinfo.az xəbər verir ki, daha öncə yalnız “Pantinaikos” kubok qazanmağa yaxın olmuş, amma finalda uduzmuşdu. 1971-ci ildə Çempionlar Kubokunun finalında “Ayaks” yunanların ilk titulu qazanmasına əngəl olmuşdu.

Ümumiyyətlə, “Olimpiakos” 2002-ci ildə UEFA Kubokuna sahib olan “Feyenoord”dan sonra öz ölkəsində qitə yarışını qazanan ilk klubdur. Afina finalınadək 22 il ərzində heç kim bunu bacarmamışdı.

Dünən qələbə qolunu vuran Ayyub Əl-Kaabi bu mövsüm 14-cü dəfə fərqləndi. Bu, cari futbol ilində rekorddur. O, pley-offda 11 dəfə fərqlənib ki, qitə yarışlarında qrup oyunları tətbiq olunandan bəri kimsə bunu bacarmayıb.

Xatırladaq ki, dünən Konfrans Liqasının finalında “Olimpiakos” “Fiorentina”nı əlavə vaxtda (116-cı dəqiqə) vurduğu yeganə qolla məğlub etdi. İtaliya klubu ardıcıl ikinci mövsüm avrokubok finalında uduzmaqla növbəti məyusluğu yaşadı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp