Kiran Makkenna yeni müqavilə imzalamağa hazırlaşır. “İpsviç”i İngiltərə Premyer Liqasına yüksəldən mütəxəssisə yen anlaşma təklif edilib. O, komandanı elitada saxlamaq üçün çalışmalıdır.

Futbolinfo.az xəbər verir ki, 38 yaşlı mütəxəssis bir neçə klubun diqqətini çəkib. Onun 3 il köməkçi-məşqçi kimi çalışdığı “Mançester Yunayted”də Erik ten Haqın yerinə təyin olunması ehtimalı da var. Lakin konkret təklif almayan şimali irlandiyalı mütəxəssis indiki klubu ilə yola davam etmək istəyir.

2021-ci ildən “İpsviç”i çalışdıran Makkennanın hazırkı müqaviləsi gələn yay başa çatacaq. Klubu onunla müqavilənin müddətin daha iki il uzatmaq istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp