“Olimpiakos”un baş məşqçisi Xose Mendilibar Konfrans Liqasının finalında “Fiorentina”nı məğlub etdikləri görüşü şərh edib.

Fevralda təyinat aldığı klubu ilk avrokubok tituluna qovuşduran ispan mütəxəssis deyib: “Olimpakos” azarkeşlinə bu sevinci yaşada bildiyim üçün xoşbəxtəm. Bu qələbəni onlara həsr edirəm. Sevincliyəm, tarixi nailiyyətə imza atdım. Bunu layiqində qeyd edəcəyik və sonra yeni mövsüm üçün işə başlayacağıq”.

Xatırladaq ki, Mendlibar ötən il də mövsümün gedişində “Sevilya”ya təyinat almış, iki ay sonra Avropa Liqasında qalib gəlmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp