Bruno Gimarayeşin müştəriləri artıb. PSJ də braziliyalını transfer etmək istəyən klubların sırasına qoşulub.

Futbolinfo.az xəbər verir ki, “Nyukasl”ın yarımmüdafiəçisi “Mançester Siti” və “Arsenal”ın hədəfindədir. Parslilərin də prosesə qoşulması ilə vəziyyət qəlizləşib. İndi “sağsağanlar”a liderini heyətində saxlamaq çətin olacaq, əvəzində daha çox qazanmaq imkanı var. Çünki Fransa klubu digərlər ilə müqayisədə daha çox pul ödəməyin əleyhinə deyil.

Hələlik ilkin müzakirələr gedir. 2022-ci ildə Lion “Olimpik”indən 42 milyon avroya alınan oyunçunun dəyəri ikiqat artıb, amma “Nyukasl” 100 milyon tələb edir. 2028-ci ilədək müqaviləsi olan 26 yaşlı futbolçu İngiltərədə qalmaq istəsə də, daha yaxşı maaş təklifi üzündən PSJ-yə yollana bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp