Parisdə mükafat fondu 53 milyon avro olan “Rolan Qarros” turnirində 2-ci raundun oyunları keçirilir. Dünən yağış səbəbilə üstüaçıq kortlardakı bir neçə oyun baş tutmayıb.

Qapalı kortlarda keçirilən oyunlarda isə favoritlər qələbə qazanıb. Rusiyalı Andrey Rublyov 3 setdə Pedro Martinesi məğlub edib. İspaniyalı Karlos Alkaras niderlandlı De Yonqu 4 setdə üstələyib. Dünya reytinqinin iki nömrəsi Yannik Sinner isə çətinlik çəkmədən yerli tennisçi Rişar Qaskeyə qalib gəlib.

Qadınların turnirində maraqlı oyun baş tutub. Torpaq kortların ustası İqa Şvyontek Naomi Osaka ilə qarşılaşıb. Dünya reytinqinin bir nömrəsi yapon tennisçi ilə qarşılaşmada dönüş edərək qalib gəlib – 7:6, 1:6, 7:5.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp