Basketbol üzrə İspaniya çempionatında “El-Klassiko” baş tutub. Madriddə “Real”la “Barselona” yarımfinal seriyasının ilk oyununda üz-üzə gəliblər.

Meydan sahibləri görüş ərzində yalnız kiçik bir hissədə rəqibin ümidlənməsinə imkan veriblər. Katalonların gücü yalnız rəqibi ikinci periodun ortalarında haqlamağa çatıb. Ümumilikdə isə “Real” güclü olduğunu sübut edib – 97:78.

Oyunun qəhrəmanları dabl-dabl edən Kampasso ilə Tavareş olublar. Argentinalının aktivində 20 xal və 10 assist var. Tavareş isə 18 xal və 15 ribaundla yadda qalıb.

Xatırladaq ki, digər yarımfinal seriyasında “Unikaxa” ilə “Mursiya qarşılaşır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp