“Turan Tovuz” yeni məşqçi axtarışına başlayıb. Ayxan Abbasovla yollarını ayıran qərblilər “sükan”ı yenə yerli mütəxəssisə tapşırmaq niyyətindədir.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, hazırda siyahıda 3 nəfərin adı var. Ötən yay “Kəpəz”dən ayılanı işsiz olan Tərlan Əhmədov, cari mövsümdə uğursuz çıxışdan sonra “Araz-Naxçıvan”dan göndərilən Azər Bağırov və “Səbail”lə vidalaşdıqdan sonra ilyarımdır təklif gözləyən Mahmud Qurbanov bu posta əsas namizədlərdir.

Rəhbərlik bu məşqçilərlə təmasa keçsə də, təyinatla bağlı qəti fikir yoxdur. Tovuzlular qərar verməyə tələsmir və ən uyğun variantı seçməyə çalışırlar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp