Gələn il yanvarın 14-dən fevralın 2-dək Xorvatiya, Danimarka və Norveçdə keçiriləcək kişilər arasında həndbol üzrə 2025-ci il dünya çempionatının püşkatma mərasimi keçirilib.

Püşkün nəticələrinə əsasən aşağıdakı qruplar əmələ gəlib:

A qrupu: Almaniya, İsveçrə, Polşa, Çexiya.

B qrupu: Danimarka, Tunis, Əlcəzair, İtaliya.

C qrupu: Avstriya, Küveyt, Qətər, Fransa.

D qrupu: Macarıstan, Qvineya, Şimali Makedoniya, Niderland.

E qrupu: Norveç, ABŞ, Braziliya, Portuqaliya.

F qrupu: İsveç, Çili, Yaponiya, İspaniya.

G qrupu: Sloveniya, Kabo Verde, Kuba, İslandiya.

H qrupu: Xorvatiya, Bəhreyn, Argentina, Misir.

Qeyd edək ki, bu mundial eyni vaxtda üç ölkədə keçiriləcək ilk dünya çempionatı olacaq. Hazırkı dünya çempionu 2023-cü ilin finalında Fransa komandasına qalib gələn Danimarka millisidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp