Tanınmış Formula 1 jurnalisti Co Seyvudun yaydığı məlumata görə, RB pilotu Yuki Tsunoda “Audi”dəki boş yerə əsas namizəddir.

“Əgər Okon “Haas”a keçsə, o zaman Tsunoda “Audi”dəki vakant yerə əsas namizəd olacaq. Alman istehsalçı yapon sürücüdə böyük potensial görür. Əsas maneə “Red Bull”dan gələ bilər. Komandanın Yukini saxlamaq seçimi var. Ancaq nəzərə almaq lazımdır ki, “Red Bull”la “Honda” arasındakı münasibətlər sona çatmaq üzrədir.

“Red Bull Liam Lousonu saxlamaq istəsə, o zaman 4 yerə 5 sürücü düşür. Belə bir seçim qarşısında Tsunoda qurban verilə bilər”, – deyə Seyvud öz bloqunda yazıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp