“The Sun” qəzetinin yazdığına görə, “Mançester Yunayted”in sahiblərindən biri Cim Retkliff, klub üçün 5 transfer qaydası müəyyən edib. Mənbənin məlumatına görə, onların mahiyyəti aşağıdakılardan ibarətdir:

Yeni transferlər üçün oyunçunun yaş həddi – 25 yaş;

Super ulduzları imzalamamaq;

Oyun üslubu texniki direktor Ceyson Uilkok tərəfindən müəyyənləşdiriləcək;

Məşqçidən konkret oyunçu haqqında deyil, hansı mövqeni gücləndirilməyə ehtiyac duyulduğu soruşulacaq;

Rəhbərlik məşqçiyə hər mövqe üçün üç oyunçu təklif edəcək.

Xatırladaq ki, 2023/2024 mövsümündə “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 38 matçda 60 xal toplayaraq 8-ci yeri tutub. “Qırmızı şeytanlar” ölkə kubokunun finalında çempion “Mançester Siti”yə 2:1 hesabı ilə qalib gələrək titul qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp