Fiqurlu konkisürmə üzrə amerikalı məşqçi Dalilayl Sappenfild ömürlük idmandan uzaqlaşdırılıb.

O, idmançılara fiziki və psixoloji zorakılıq etməkdə, onları təqib etməkdə, prosedurlardan sui-istifadə etməkdə və “SafeSport” qaydalarının potensial pozuntuları barədə məlumat verməməkdə ittiham olunurdu.

Sappenfild 2,5 il idi ki, istintaq altında idi.

“Mədəniyyətdə dəyişikliklər baş verir. Birvaxtlar dözülən və ya diqqətdən kənarda qalan hərəkətlər artıq qəbul edilmir və məsuliyyət kök salır. Bu, irəliləyişdir, lakin davamlı mədəni dəyişikliyin yaradılması, idman ictimaiyyətinin bütün üzvlərindən atletlərin öz potensiallarını həyata keçirmələri və təhlükəsiz mühit yaratmaq üçün güclü öhdəlik tələb edir”, – deyə “SafeSport”un baş direktoru Cu Riz Kolon qeyd edib.

2021-ci ildə Tara Keyn Sappenfildə qarşı ittiham irəli sürmüşdü. O, məşqçini cinsi istismarda ittiham edirdi.

Əlavə edək ki, Sappenfild 2008-ci ildə ABŞ-nin ən yaxşı məşqçisi seçilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp