“Las Palmas” klubu Pedriyə görə “Barselona”dan bonuslar sayəsində 18 milyon avro alıb.

Kataloniyalılar 2019-cu ildə yarımmüdafiəçini 5 milyona transfer ediblər. Son 5 ildə “Las Palmas” 21 yaşlı futbolçunun uğurlu çıxışları sayəsində əlavə 18 milyon avro qazanıb.

Beləliklə, bütün bunları hesablamaqla ümumi transfer məbləği 23 milyon olub. Bundan sonra üçün əlavə bonuslar nəzərdə tutulmayıb. Əgər Pedri başqa kluba satılarsa, “Las Palmas” gələcək transfer məbləğinin 15%-nə sahib olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp