“Karvan” baş məşqçi Kənan Kərimovla bağlı qərarını verib. Yevlax klubunu yeni mövsümdə də o çalışdıracaq.

Futbolinfo.az xəbər verir ki, müqaviləsi mayın sonunda bitəcək mütəxəssislə yeni anlaşma imzalanacaq.

Son günlər Yevlax təmsilçisində baş məşqçi dəyişikliyi çox müzakirə olunsa da, klub rəhbərliyi Kərimovla yola davam etmək barədə qərar qəbul edib.

Qeyd edək ki, Kənan Kərimov 2022/23 mövsümündən etibarən “Karvan”ı çalışdırır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp