“Araz-Naxçıvan” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Futbolinfo.az xəbər verir ki, son olaraq “Turan Tovuz”da çıxış edən qapıçı Tərlan Əhmədli ilə müqavilə imzalanıb.

Bir illik anlaşmaya imza atan 29 yaşlı qolkiper yeni mövsümün sonuna qədər komandada çıxış edəcək.

O, karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.

“Araz-Naxçıvan” dünən Ürfan Abbasov, Ömər Buludov və Ülvi İsgəndərovla müqavilə imzalayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp