“Rolan Qarros” turnirinin təşkilat komitəsi təqvimdə növbəti dəyişikliyə əl atıb. Cümə günü bütün kortlarda oyunlar bir saat əvvəl, yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 11:00) başlayacaq.

Bunun da səbəbi yağışın yağmasıdır. Təşkilat komitəsi bu günə planlaşdırılan oyunların hamısının baş tutmasından əmin deyil. Xatırladaq ki, turnirdə bu gün ikinci raundun oyunları keçirilir.

Sabah Parisdə yenə də yağış gözlənilir. Lakin sinoptiklərin məlumatına görə, günortadan sonra hava aydın olacaq.

Qeyd edək ki, “Rolan Qarros” turnirində yalnız iki kortun üstü bağlıdır. Orada da mərkəzi oyunlar keçirilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp