“Red Bull” şirkəti gələn mövsüm “Lids” klubuna sponsorluq edəcək.

“The Athletic”in məlumatına görə, şirkət klubda kiçik paya sahib çıxıb. Sövdələşmə ilə bağlı danışıqlar bir neçə müddət idi ki, davam edirdi.

2024/25 mövsümündən etibarən, “Red Bull” “Lids”in titul sponsoru olacaq. Müqavilənin maliyyə tərəfi ilə bağlı məlumat verilmir.

Qeyd olunur ki, razılığa əsasən, “Red Bull” nümayəndələri klubun idarə heyətində olmayacaqlar. Həmçinin klubun və ya stadionun adının dəyişdirilməsi ilə bağlı müzakirələr planlaşdırılmır.

2023/24 mövsümündə “Lids” 90 xal toplayaraq Çempionşipdə 3-cü yeri tutub. Komanda Premyer Liqada mübarizə aparmaq hüququ üçün pley-off oyununda “Sauthempton”a uduzub.

Shares: