“San Antonio Spörs”un basketbolçusu Cedi Osman komanda yoldaşı Viktor Vembanyama haqqında fikirlərini bildirərək, onu “Los Anceles Leykers”in hücumçusu Lebron Ceymslə müqayisə edib. Xatırladaq ki, türkiyəli basketbolçu və Ceyms vaxtilə “Klivlend Kavalers”də birlikdə oynayıblar.

“Vembanyama məşqə çox erkən gəlir. Meydançaya çıxmazdan əvvəl trenajorlarda çalışır. Məşqlərdən sonra yenidən trenajor zalına qayıdır.

Lebron da təxminən eyni şeyi edirdi, lakin bu səviyyədə yox. Onlar çox fərqlidirlər, yanaşmaları da müxtəlifdir.

Axşam saat 9-da Viktor telefonunu söndürür ki, heç kim onu narahat etməsin. Belə istedadlı oyunçu ilə oynamaq mənim bəxtimə düşüb. Əminliklə söyləyə bilərəm ki, o, gələcəkdə MBA-nın siması olacaq”, – deyə “Eurohoops”a müsahibəsində Osman qeyd edib.

Shares: