Futbol üzrə Danimarka millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti bəlli olub.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Kasper Yulmann siyahıya 26 oyunçunun adını daxil edib.

Qapıçılar: Kasper Şmeyxel (“Anderlext”, Belçika), Mads Hermansen (“Lester,” İngiltərə), Frederik Rönnov (“Union”, Almaniya);

Müdafiəçilər: Andreas Kristensen (“Barselona”, İspaniya), Simon Kyaer (“Milan”, İtaliya), Yannik Vesterqor (“Lester”, İngiltərə), Viktor Nelsson (“Qalatasaray”, Türkiyə), Alexander Ba (“Benfika”, Portuqaliya), Yoakim Mele (“Volfsburq”, Almaniya), Yoakim Andersen (“Kristal Pelas”, İngiltərə), Rasmus Kristensen (“Roma”, İtaliya), Viktor Kristensen (“Bolonya”, İtaliya);

Yarımmüdafiəçilər: Kristian Eriksen (“Mançester Yunayted”, İngiltərə), Tomas Dileyni, Anders Dreyer (hər ikisi “Anderlext”, Belçika), Morten Yulmann (“Sportinq”, Portuqaliya), Pyer-Emil Hoyberq (“Tottenhem”, İngiltərə), Kristian Norqor, Matias Yensen, Mikkel Damsqor (hamısı – “Brentford”, İngiltərə), Yakob Bruun Larsen (“Bernli”, İngiltərə), Andreas Skov Olsen (“Brügge”, Belçika);

Hücumçular: Kasper Dolberq (“Anderlext”, Belçika), Rasmus Hoylund (“Mançester Yunayted”, İngiltərə), Yonas Vind (“Volfsburq”, Almaniya), Yussuf Poulsen (“Leyptsiq”, Almaniya).

Danimarka yığması 14 iyun – 14 iyul aralığından baş tutacaq AÇ-2024-ün C qrupunda Sloveniya, İngiltərə və Serbiya milliləri ilə üz-üzə gələcək.

Shares: