I Liqanın qalibi olan “Şamaxı” cari mövsümü icarə əsasında bu klubda keçirən iki futbolçu ilə vidalaşıb.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Süleyman Damadayev müqavilə əsasında aid olduğu “Qəbələ”yə, Elçin Qasmov isə “Turan Tovuz”a geri dönüb.
2024/2025 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şamaxı” bu gün qapıçı Əkpər Vəliyevlə yollarını ayırıb.