Azərbaycanın gənc cüdoçuları Avstriyanın Qrats şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.
Futbolinfo.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 1-dən 2-dək baş tutacaq turnirdə 30 ölkədən 435 idmançı qüvvəsini sınayacaq.
Yığmamız yarışda oğlanlar arasında 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq. Nizami İmranov (60 kq), Məhəmməd Musayev, İslam Rəhimov (hər ikisi 66 kq), Süleyman Əliyev, Aydın Rzayev (hər ikisi 73 kq), Məmmədrza Hacızadə, Süleyman Şükürov, Nahid Tarquliyev (hər üçü 81 kq), Tuncay Şamil, İsmayıl Zamanov (hər ikisi 90 kq), Nicat Şıxəlizadə (100 kq), Ramazan Əhmədov və Kənan Nəsibov (100 kq +) baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin etimadını doğrultmağa çalışacaq.
Yarışdan sonra idmançılarımız oyyunun 3-dən 5-dək Qratsda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.