Türkiyə millisinin heyətində ciddi itki baş verib.

Futbolinfo.az xəbər verir ki, millinin müdafiəçisi Çağlar Söyüncü sıradan çıxıb.

İcarə əsasında “Fənərbaxça”da çıxış edən 28 yaşlı futbolçu Super Liqanın 38-ci turunun “İstanbulspor”la matçında (6:0) ayaq əzələsindən zədə alıb.

Müqavilə ilə “Atletiko”ya məxsus olan mərkəz müdafiəçisi bu yay keçiriləcək Avropa çempionatında komandasına kömək edə bilməyəcək.

Türkiyə yığması AÇ-2024-də Portuqaliya, Çexiya və Gürcüstanla eyni qrupda mübarizə aparacaq.

Shares: