“Səbail” Adil Nağıyevə əvəzedici tapıb. Bayıl klubu yeni müqavilə imzalamayıb yola saldığı mərkəz müdafiəçisinin əvəzinə Şəhriyar Əliyevlə anlaşıb.

Futbolinfo.az xəbər verir ki, 2022-ci ildən “Turan Tovuz”da çıxış edən Şəhriyar “dənizçilər”lə iki illik müqaviləyə razılıq verib. Əvvəllər “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Sumqayıt” və “Keşlə”nin də formasını geyən 31 yaşlı müdafiəçinin transferi tezliklə elan ediləcək.

Adilə gəlncə, 2022/23 mövsümünün ilk yarısını “Şamaxı”da keçirən müdafiəçi yenidən Premyer Liqaya dönən kluba yollanmaq istəyir. “Kəpəz”dən də dəvət alan Nağıyev, tezliklə son qərarını verəcək.

Shares: