2024/25 mövsümü Azərbaycanı UEFA-nın Regionlar Kubokunda “Şimal FK” təmsil edəcək. Xaçmaz təmsilçisi bu hüququ Azərbaycan Region Liqasının qalibi olmaqla qazanıb.

Artıq onların UEFA Regionlar Kubokundakı rəqibləri də məlumdur “Şimal FK” mübarizəyə ilkin təsnifat mərhələsindən başlayacaq. Burada onların rəqibi Gürcüstanın “Football School Bridge” və İsveçin “Gothenburq” klubları olacaqlar. Oyunların hamısı 28 iyun – 4 iyul tarixlərində Gürcüstanda təşkil ediləcək.

Yarışın qalibi olacaq bir komanda mübarizəni UEFA Regionlar Kubokunun birinci mərhələsində davam etdirəcək. Burada rəqib İrlandiya, İsveçrə və Şimali İrlandiyanın Region Liqasının çempionları olacaq. Birinci mərhələnin oyunları 21-27 oktyabrda İsveçrədə keçiriləcək.

Shares: