Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyev istefa verib. Bu barədə məlumatı Qazaxıstan mətbuatı yayıb.

İstefa yerli federasiyasının prezidenti Adil Barmenkulovla millinin məşqçilər korpusu arasında görüşdən sonra yaşanıb. Adıyevin bu addımı ailə məsələlərinə görə atdığı bildirilir.

Rusiyalı mütəxəssis milli ilə yanaşı, vətənində “Axmat” klubunu da çalışdırır.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də Macarıstanda Qazaxıstanla yoldaşlıq görüşündə qarşılaşacaq. Həmin oyunda rəqib komandaya kimin rəhbərlik edəcəyi hələ bəlli deyil.

Shares: