MBA-da sonuncu finalçı da məlum olub. Qərb konfransının həlledici seriyasında “Dallas Maveriks” vəsiqəni təmin edə bilib.
İlk 4 oyunda 3 qələbə qazanan dallaslılar bu dəfə də Minnesota səfərindən qalibiyyətlə dönüblər – 124:103. Bununla da seriyada hesab 4:1 olub.
Görüşün qəhrəmanları Donçiç və İrvinqdir. Onların hər ikisi 36 xal toplayıb. “Minnesota Timbervulvs”un lideri Edvardsın aktivində 28 xal var.
Xatırladaq ki, “Dallas Maveriks”in finalda rəqibi “Boston Seltiks” olacaq.