Azərbaycan qadın və kişi voleybolçulardan ibarət milliləri bu gün Qızıl Avropa Liqasında 3-cü turun görüşünü keçirəcəklər.

Futbolinfo.az xəbər verir ki, qadınlardan ibarət milli evdə Estoniyanı qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində baş tutacaq matçın start fiti saat 18:00-da səsləndiriləcək.

Kişi voleybolçularımız isə Estoniya millisinin qonağı olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bundan əvvəl Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən qadın voleybolçularımız Slovakiya (1:3), Rumıniya (0:3) və İsveçə (0:3) məğlub olub. Milli 3 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb. Yığma iyunun 2-də Avstriya ilə qarşılşacaq.

Kişilərdən ibarət milli isə bundan əvvəlki qarşılşamalarda Rumıniya, Ukrayna, Belçika və Şimali Makedoniyaya 0:3 hesabı ilə məğlub olub. Xalı olmayan komanda sonuncu – 12-ci yerdədir. Kişi voleybolçular iyunun 1-də Lüksemburqla qarşılşacaq. Həm qadın, həm də kişi yığmalar arasında ən yaxşı 4 komanda “Dördlər finalı”na yüksələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp