Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə sabah əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunan 27-ci beynəlxalq memorial başlayacaq.

Futbolinfo.az xəbər verir ki, yarışda Azərbaycan atletləri ilə yanaşı, Gürcüstan, Qırğızıstan, Tacikistan və Oman idmançıları da mübarizə aparacaq.

Memorial Paris Yay Olimpiya Oyunlarına lisenziya üçün reytinq xallarının toplanması baxımından əhəmiyyət kəsb edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp