“Roma” Almaniyanın “Leypsiq” klubunun müdafiəçisi Anxelinyonun transferini rəsmiləşdirib.

Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Anxelinyo Roma klubunda icarə əsasında çıxış edirdi. Mövsüm başa çatdıqdan sonra klubun rəhbərliyi futbolçunu almağa qərar verib. Bu müqavilə “Roma”ya 5,2 milyon avroya başa gəlib. Müdafiəçinin maaşı iki milyon avro olacaq.

27 yaşlı futbolçu İtaliya çempionatının ötən mövsümündə 16 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp