Joze Mourinyonun “Fənərbaxça”ya keçəcəyi təsdiqlənib.
Futbolinfo.az xəbər verir ki, portuqaliyalı məşqçinin Türkiyə klubu ilə müqaviləsi iki il – 2026-cı ilin iyun ayına qədər davam edəcək.
Müqavilədə anlaşmanın daha bir il uzadılması variantı da yer alacaq.
Təyinatın yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.
Xatırladaq ki, Mourinyo “Roma”dan ayrıldıqdan sonra, bu ilin qışından işsizdir.
Türkiyə klubu ötən mövsüm Super Liqada 2-ci yeri tutub.