“Azərbaycana qayıtmaq fikrim yoxdur” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin sabiq yarımmüdafiəçisi İsnik Alimi deyib.

Hazırda Rumıniyanın “Sepi” klubunda çıxış edən təcrübəli oyunçu Azərbaycandan çoxlu təkliflər aldığını gizlətməyib: “Çox təkliflər almışam. Bir neçə klub məni heyətində görmək istəyib. Zənglər olub, mesajlar yazılıb. Amma mən “yox” demişəm. Ora qayıtmaq fikrim yoxdur”.

Alimi “Şepşi” ilə müqaviləsinin davam etdiyini də sözlərinə əlavə edib: “Daha bir il burada oynayacam”.

Qeyd edək ki, Premyer Liqada yeni mövsümə hazırlaşan “Araz-Naxçıvan” İsnik Alimini heyətində görmək istəyir. Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev “Qəbələ”də çalışarkən futbolçusu olmuş Alimiyə təklif göndərib.

Xatırladaq ki, şimali makedoniyalı futbolçu 2021-2023-cü illərdə “Qəbələ”nin şərəfini qoruyub.

Shares: