“Formula 1” komandalarla müzakirələr aparır. “Motorsport”un məlumatına görə, təşkilat 2025-ci ildən etibarən, bolidlərin daha fərqli olmasını təmin etməyə çalışır.
Bu məsələnin qabardılmasının səbəbi televiziya yayımları zamanı azarkeşlərin sosial şəbəkələrdəki etirazları olub. Bir çox azarkeş komandaların avtomobillərinin çox oxşar göründüyünü bildirib.
Problem son illər komandaların avtomobillərin çəkisini azaltmaq üçün onlara daha az boya vurmağa çalışması ilə daha da artır. Nəticədə avtomobillərin üzərində getdikcə daha çox rənglənməyən qara karbon lifini görmək mümkündür.
Vəziyyət kifayət qədər mürəkkəb görünsə də, FIA buna görə əsas qaydalarda dəyişiklik etmək fikrində deyil.