İngiltərə oyunçularının həmkarlar ittifaqının rəhbəri Maheta Molanqo təqvimin yüklənməsi ilə bağlı fikirlərini bildirib. İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının baş direktoru hesab edir ki, klublar arasında keçirilən yeni dünya çempionatı futbolçuların yükünün artmasına səbəb olacaq.

Turnir gələn ilin yayında 32 komandanın iştirakı ilə ABŞ-da keçiriləcək.

“Gələn yay üçün cədvələ nəzər salaq: Çempionlar Liqasının finalı mayın 31-də, Millətlər Liqası iyunun 4-dən 10-dək, daha sonra iyunun 14-dən iyulun 13-dək ABŞ-də turnir, daha sonra Afrika Kuboku və avqustun 17-də də yeni mövsümün startı. Baxın, görün, vəziyyət necədir?

Milli komandalar arasında keçirilən dünya çempionatı ilə klublararası dünya çempionatı arasında fərq var. Eyni klubdan bir neçə futbolçu milli komandalara düşür və onlar da birtəhər bu yükün öhdəsindən gəlir.

Klublararası dünya çempionatına gəlincə isə, bütün futbolçular ora gedir. Məsələn, “Mançester Siti”də bütün oyunçular iyulun sonuna qədər (ABŞ-dəki Çempionlar Turu matçları da daxil olmaqla) məşğul ola bilər “, – deyə Molanqo qeyd edib.

Shares: