“Azərbaycan millisi ilə 2 il əvvəl qarşılaşmışdıq. Onda yeni baş məşqçi var idi və xüsusi nəsə demək olmazdı” – bunu futbolinfo.az-a açıqlamasında bu gün Qazaxıstan yığmasının baş məşqçi postundan istefa verən Maqomed Adıyev deyib.
Təcrübəli mütəxəssis iyunun 11-də keçiriləcək görüşə də hazırlaşmadığını bildirib: “Azərbaycan yığmasının oyunlarına heç baxmamışdım. Qarşıdakı oyuna da komandamı hazırlamamışdım. Çünki millidən gedəcəyimi bilirdim. Matç barədə də nəsə deyə bilmərəm”.