“Pirelli” yeni təkər tərkibinin yaradılması üzərində işləyir.

Şirkətin avtoidman bölməsinin rəhbəri Mario İzola 2025-ci il mövsümü üçün yeni təkərlər hazırlayarkən, nələrə diqqət yetiriləcəyi barədə danışıb.

“Biz kifayət qədər faydalı məlumat toplamışıq. 2025-ci il mövsümü üçün dizayn barədə qərar vermişik. 2025-ci ildə təkərlərin həddindən artıq qızmasını azaldacaq bir neçə rezin birləşmələrimiz olmalıdır.

Başqa bir yenilik, ən yumşaq C6 təkər tərkibini yaratmaqdır, çünki təqvimdə getdikcə daha çox şəhər traslarını görürük. Bu da komandaların tədricən daha yumşaq təkər birləşməsindən istifadə etməsi deməkdir. Beləliklə, biz diapazonu bir az daha yumşaq təkərlərə doğru dəyişməyə və eyni zamanda təkərin həddindən artıq qızması ilə bağlı problemi həll etməyə çalışacağıq. Əsl problem təkərlərin aşınması ilə həddindən artıq qızma arasında optimal balansı tapmaqdır”, – deyə İzola bildirib.

Shares: