Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz üçüncü matçında Türkiyə yığması ilə səfərdə qarşılaşıb.
“Ərzincan 13 Şubat” stadionunda təşkil olunan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə komandasının heyətində qolu 43-cü dəqiqədə penaltidən Ebru Topçu vurub.
Bu nəticədən sonra Türkiyə yığması xallarının sayını 6-ya yüksəldib. Azərbaycan millisinin isə hesabında 1 xal var.
Qeyd edək ki, bu komandalar qrup mərhələsinin 4-cü turu çərçivəsində iyunun 4-də, saat 19:00-da “Dalğa Arena”da qarşılaşacaqlar.