“Neftçi”dən uzaqlaşdırılan Fərrux Mahmudovu əcnəbi əvəz edə bilər. Paytaxt klubunun icraçı baş direktoru postuna türkiyəli funksionerin gətiriləcəyi barədə xəbərlər dolaşır.

Futbolinfo.az xəbər verir ki, “Neftçi”də islahatlar başlayıb. Baş məşqçi Miodraq Bojoviçlə müqavilənin müddəti uzadılmadı, Mahmudovun aqibəti də bəllidir. Yeni baş məşqçinin təyinatına kimi klubun əsas idarəçisi məsələsi həll olunmalıdır. Daha sonra isə heyətlə bağlı məsələlər yoluna qoyulacaq.

“Neftçi”də Müşahidə Şurasının tərkibi də yenilənməlidir. Amma Murad Heydərov şuranın sədri kimi təsdiqlənənə qədər klubu kənardan idarə etməkdə, təyinatları rəsmiləşdirməkdə qərarlıdır. Baş icraçı direktor postuna türkiyəli funksioner gətirmək istəyi də onundur.

Shares: