“Qarabağ” Riçard Almeydanı heyətdə saxlamağa qərar verib. 35 yaşlı yarımmüdafiəçinin mövsüm bitən kimi yola salınacağı gözlənilsə də, rəhbərlk fərqli addım atıb.
Futbolinfo.az xəbər verir ki, 2012-ci ildə “Qarabağ”a transfer olunan, “Astana”, “Bani Yas” və “Zirə”dəki qısamüddətli çıxışlarından sonra həmişə Ağdam klubuna dönən braziliyalı klubun son illərdəki uğurlarında əsas pay sahibidir. Elə bu səbəbdən onun xidmətləri daha bir illik müqavilə ilə mükafatlandırılıb. Tərəflər razılığa gəlib, tezliklə rəsmi açıqlama olacaq.
Riçard son mövsümdə bütün turnirlər daxil cəmi 1111 dəqiqə oynasa da, yeni müqavilə imzalanmasının başqa səbəbi də var. Belə ki, legionerlər arasında böyük hörməti olan futbolçu bir növ onların idarə olunmasında məşqçilər heyətinə yardım edir. Elə bu səbəbdən Almeydanın heyətdə saxlanılması komandaya yalnız fayda verəcək.