“Şamaxı” yeni baş məşqçi axtarışındadır. Premyer Liqaya qayıdan bölgə klubu yeni mövsümə yeni çalışdırıcı ilə başlayacaq.
Futbolinfo.az xəbər verir ki, komandanı elitaya yüksəldən Ramiz Məmmədovla vidalaşmaq qərarı verilib. Klub rəhbərliyinin qərarından xəbərdar olan məşqçi taleyi ilə barışıb. O, yenidən uşaq komandalarının koordinatoru kimi fəaliyyətini davam etdirəcək.
Şamaxılılar artıq 4 nəfərlə təmasda olub. Amma hələlik heç kimlə razılıq əldə olunmayıb. Klubun yetərli büdcəsi yoxdur, yeni mövsümdə legionersiz çıxış etmək istəyirlər. Elə bu səbəbdən danışıqlarda iştirak edən məşqçilərin heç biri ilə razılıq əldə olunmayıb. Klub rəhbərliyi əlavə maliyyə axtarışındadır. Bu problem həll olunduqdan sonra məşqçi seçimində son qərar veriləcək.