“Qarabağ”ın futbolçusu Yassin Benzya Əlcəzair yığmasına dəvət alıb.
Futbolinfo.az bu barədə Əlcəzair Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Benzia millinin baş məşqçisi Vladimir Petkoviçin 25 nəfərlik heyətində yer alıb. 29 yaşlı yarımmüdafəçi çıxış etdiyi yığma DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Qvineya (6 iyun) və Uqanda (10 iyun) komandaları ilə qarşılaşacaq.
Benzya Azərbaycan kubokunun “Zirə” ilə final matçından sonra Əcəzair yığmasının düşərgəsinə qoşulacaq.