Almaniya millisinin heyətində dünya çempionu olan Jerom Boatenqin yeni klubu bəlli olub.

Futbolinfo.az xəbər verir ki, 35 yaşlı futbolçu Avstriyanın LASK klubuna keçib.

Boatenq yeni komandasına azad agent olaraq keçib. Onunla 2 illik müqavilə imzalanıb.

Son klubu “Salernitana” olan futbolçu “Herta”, “Hamburq”, “Mançester Siti”, “Bayern” və “Olimpik” (Lion) klublarının şərəfini qoruyub.

Shares: