Azərbaycanın qadın boksçusu Zeynəb Rəhimova Tailandın paytaxtı Banqkokda keçirilən 2-ci Dünya Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib.

Futbolinfo.az xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü 1/8 finalda Ornella Havyarimanı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib.

Rəhimova növbəti görüşündə Aeji İm (Cənubi Koreya) ilə qarşılaşacaq. O, qələbə qazanacağı halda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də baş tutacaq.

Yarışın son günündə Alfonso Dominqes (92 kq) də rinqə çıxacaq. Azərbaycan millisi indiyədək olimpiadaya 4 lisenziya qazanıb.

Shares: