“Mənəvi olaraq çətin idi, çünki səfərdə bir neçə oyunda uduzmuşduq”.
Futbolinfo.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qızıl Avropa Liqasında Estoniya yığmasına 3:0 hesabı ilə qalib gələn Azərbaycan millisinin liberosu Yuliya Kərimova deyib.
O, həyəcanlı olduğunu deyib: “Estoniya millisinə qarşı komanda olaraq yaxşı oynadıq. Bir qədər həyəcan var idi, çalışdıq öz oyunumuzu göstərək və bunun öhdəsindən gəldik. Avstriya ilə matça hazırlaşacağıq. Həmin qarşılaşmada da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Öz oyunuma gəldikdə, bəzi hallarda razı qaldım, bəzən yox. Estoniya ilə qarşılaşmanı təhlil etdikdən sonra artıq səhvlərimi biləcəyəm və onları təkrarlamamağa çalışacağam”.
Qeyd edək ki, bundan əvvəl Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən qadın voleybolçularımız Slovakiya (1:3), Rumıniya (0:3) və İsveçə (0:3) uduzub. Yığma iyunun 2-də Avstriya ilə qarşılaşacaq.