Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2734) dünya reytinqində iki pillə irəliləyərək 16-cı yerə yüksəlib.

Futbolinfo.az xəbər verir ki, o, FIDE-nin iyunun 1-nə olan reytinq cədvəlində ən yaxşı əmsala malik azərbaycanlı qrossmeysterdir.

Digər təmsilçilərimizdən Teymur Rəcəbov (2704) 30-cu, Rauf Məmmədov (2651) 82-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinə Maqnus Karlsen (Norveç, 2830) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2805) ikinci, Hikaru Nakamura (ABŞ, 2794) üçüncüdür.

Qadın şahmatçıların siyahısında milli üzvlərindən Günay Məmmədzadə (2444) 29-cu, Gövhər Beydullayeva (2417) 39-cu, Ülviyyə Fətəliyeva (2399) 49-cu, Xanım Balacayeva (2385) 63-cü, Gülnar Məmmədova (2348) 99-cu yerdə qərarlaşıb.

Burada siyahıya Hou İfan (Çin, 2632) başçılıq edir. Onun ən yaxın izləyiciləri həmyerliləri Szyuy Venszyun (2558) və Ley Tinszedir (2548).

Shares: