Türkiyə millisinin heyətində daha bir itki baş verib.

Futbolinfo.az xəbər verir ki, Enes Ünal sıradan çıxıb.

Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“Bornmut”un hücumçusunun ayaq barmağında sınıq aşkarlanıb. Onun AÇ-2024-də iştirak edə bilməyəcəyi məlum olduğu üçün heyətdən çıxarılıb.

Xatırladaq ki, millinin müdafiəçisi Çağlar Söyüncü də zədə səbəbindən turnirdə komandasına kömək edə bilməyəcək.

Türkiyə yığması AÇ-2024-də Portuqaliya, Çexiya və Gürcüstanla eyni qrupda mübarizə aparacaq.

Shares: