Qadın tennisçilər arasında dünya reytinqinin bir nömrəsi İqa Şvyontekin dünən ad günü olub. Polşalı tennisçi 23 yaşını qeyd edib.

Hazırda Fransada yarışan idmançıya “Rolan Qarros”un təşkiltaçıları nəhəng kruassan hədiyyə ediblər. Şvyontek həmin kruassanla şəklini sosial şəbəkə hesabında paylaşıb.

Xatırladaq ki, polyak tennisçi keçən il Fransa Açıq Çempionatının qalibi olub. Ümumilikdə isə onun aktivində 4 “Böyük dəbilqə” titulu var.

Shares: