“Mersedes” komandası Edrian Nyuini sıralarına cəlb etmək cəhdlərini davam etdirir. Məlumata görə, Almaniya komandası ona səhmlərin müəyyən hissəsini də təklif edib. Bu səhmlərin dəyəri 1,3 milyard avroya bərabərdir.
Qeyd edək ki, hazırda yarış komandası Ştutqart avtokonserni, milyarder Cimmi Retklif, kimyəvi istehsal nəhəngi “İneos” və Toto Volfa məxsusdr. Onların hamısı eyni faizə malikdir.
Nyuini komandaya gətirməklə “Mersedes” yenidən Formula 1-in zirvəsinə qalxmaq istəyir.
Xatırladaq ki, 3 il bundan əvvələ qədər məhz Almaniya komandası çempionatda dominantlıq edirdi.