Monako qran-prisi zamanı “Red Bull” komandası çox zəif təsir bağışlamışdı. Xüsusilə də təsnifat mərhələsində nəticə qənaətbəxş deyildi.
Yayılan məlumatlara görə, qran-pridən sonra Maks Ferstappen ilə komanda rəhbəri Kristian Horner arasında mübahisə baş verib. Horner üçqat dünya çempionunu təsnifatdakı səhvə görə qınayıb. Niderlandlı pilot isə günahı komandada görərək, yoldaşı Serxio Peresin 18-ci yeri tutmasını önə çıxarıb. Bundan başqa, Ferstappen komandada onun məsləhətlərinə qulaq asmadıqlarını da bildirib.
Xatırladaq ki, komandanın direktoru Kristian Hornerin özü də yarışdan sonra ciddi iclas olduğunu bildirmişdi.